"AXINA QARŞI" GƏLİRİK !

  • Gün
  • Saat
  • Dəqiqə
  • Saniyə

16 aprel 2022 09:00

Haqqımızda

2015-ci ildən etibarən təşkil olunan MİRF - Milli İnsan Resursları Forumu bu il də "Axına qarşı" şüarı ilə qarşınızda olacaq. 

Uzun illərdir ki, ölkəmizin bacarıqlı gənclərinin, mütəxəssislərinin daha yaxşı həyat şəraiti və iş mühiti üçün digər ölkələrə üz tutması son dövrlərdə ölkəmizdə ixtisaslı kadr çatışmazlığı kimi ağır fəsadlar doğurmaqdadır. Eyni zamanda, qloballaşmanın sürətlənməsi və texnologiyanın inkişafı insanların məkan dəyişmədən də xarici şirkətlərdə məsafədən və "freelance" işləməsini asanlaşdırmışdır. Bu da fiziki köç etmədən belə əmək və beyin köçünü kütləviləşdirən amillərdəndir. 
Bu proseslərin sürətlənməsinin və inkişafının birbaşa insan resursları idarəçiliyi və fəaliyyəti sahəsi ilə əlaqəli olması bu ilki forumda diqqətləri bu problemə çəkməyimizi, nəticələri təhlil edərək çıxış yolları axtarmağımızı qaçınılmaz etdi.

MİRF 2022-in qarşıya qoyduğu əsas hədəfi insan resursları idarəçiliyi üzrə peşəkar spikerlərin çıxışı və yaradılacaq müzakirə mühiti ilə bu mövzunu gündəmə gətirmək, əsas səbəbləri təhlil edərək həll yolları üzərində fikir mübadiləsi aparmaqdır. 

Spikerlər

Fəzilə Əsgərova

NES Ficroft, Ölkə üzrə direktor

Elnur Axundov

"MKT İstehsalat Kommersiya" MMC, Təlim və inkişaf üzrə menecer

Yılmaz Öztürk

Veysəloğlu Şirkətlər Qrupu, CHRO

Şamo Mürşüdov

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin müdiri

Asif Bədəlov

"Ekvita Consulting" MMC, Təşkilati inkişaf üzrə direktor, Baş ekspert

Aykut Bora

PES Survey, həmtəsisçi

Mustafa Abbasbəyli

Dövlət Məşğulluq Agentliyi, idarə heyətinin sədri

Pərviz Qasımov

Veysəloğlu Şirkətlər Qrupu I "AVT Logistics" MMC, İR departamentinin direktoru, İdarə heyətinin üzvü

Müşfiq Əmircanov

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, İR departamentinin direktoru

Tural Məmmədov

"ADY" QSC, İnsan Resursları idarəsinin rəisi AİRA, həmtəsisçi və idarə heyətinin üzvü

Nailə Səfərəli

Deloitte DCE, İşəgötürən markası və işçi təcrübəsi lideri, İdarə heyətinin protokol rəhbəridir.

Elnur Hüseynov

Socar, İnsan Resursları departamentinin rəis müavini

Nərgiz İbrahimova

Deloitte Azərbaycan, Deloitte akademiyasının rəhbəri

Forumun proqramı

  • 08:30 - 09:30 Qeydiyyat / Sərgi
  • 09:30 - 10:00 Rəsmi açılış
  • 10:00 - 10:15 Açılış nitqi:Mustafa Abbasbəyli, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri
  • 10:15 - 10:30 Baş sponsor Roof Academic Training şirkətinin müraciət və təqdimatı

  • 10:30 - 10:35 I Panelə giriş
  • 10:35 - 10:45 Moderator:Elnur Axundov, MKT İstehsalat Kommersiya MMC, Öyrənmə və inkişaf üzrə menecer
  • 10:45 - 11:00  Spiker: Pərviz Qasımov, AVT Logistics MMC, İR departamentinin direktoru, İdarə heyətinin üzvü. Mövzu: "İstedadların aşkarlanması: alətlər, yanaşma, biznes həlləri"
  • 11:00 - 11:15 Spiker: Nərgiz İbrahimova, Deloitte Azərbaycan, Deloitte akademiyasının rəhbəri. Mövzu: "Təşkilati mədəniyyət inqilabı"
  • 11:15 - 11:30 Sponsorların çıxışı
  • 11:30 - 11:45 Spiker: Müşfiq Əmircanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, İR departamentinin direktoru. Mövzu: "Geri dönüş köçünə necə nail olaq?"
  • 11:45 - 12:00 Spiker: Fəzilə Əskərova, NES Fircroft, Ölkə üzrə direktor. Mövzu: "Geri dönüş köçündə imkanlar və çağırışlar"
  • 12:00-12:30 Sual-cavab

  • 13:30 - 13:35 Ümumi məlumatlandırma
  • 13:35 - 13:50 İştirakçılarla birgə nahar sonrası aktivlik
  • 13:50 - 14:00 Təşkilatçıların müraciəti
  • 14:00 - 14:15 "Kadr axını" mövzusunda sorğu nəticələrinin təqdimatı. Spiker: Aykut Bora, Pes Survey şirkətinin həmtəsisçisi

  • 14:15 - 14:20  II Panelə giriş
  • 14:20 - 14:30 Moderator: Şamo Mürşüdov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, İR İdarə Edilməsi şöbəsinin müdiri
  • 14:30 - 14:45 Spiker: Tural Məmmədov, Azərbaycan Dəmir Yolları QSC, İR idarəsinin rəisi, AİRA-nın həmtəsiçisi və idarə heyətinin üzvü. Mövzu: "Loyallığın təmin edilməsi: Funksionallıq və münasibət"
  • 14:45 - 15:00 Spiker: Nailə Səfərəli, Deloitte DCE, İşəgötürən markası və işçi təcrübəsi lideri, İdarə heyətinin protokol rəhbəri. Mövzu: "Istedadların idarə edilməsində beynəlxalq yanaşma"
  • 15:00 - 15:15 Spiker: Elnur Hüseynov, SOCAR, İR departamentinin rəis müavini. Mövzu: "Sistemsiz beyin köçü"
  • 15:15 - 15:30 Spiker: Asif Bədəlov, Ekvita, Təşkilati İnkişaf üzrə direktor. Mövzu: "İşəgötürən brendi"
  • 15:30 - 15:45 Spiker: Yılmaz Öztürk, Veysəloğlu, Qrup İnsan Resursları direktoru. Mövzu: "Loyallıq yaratmanın yolları"
  • 15:45-16:15  Sual-cavab

  • 16:15-16:45  Çay-kofe fasiləsi / Sərgi

  • 16:45 - 17:45 Əmək Münasibətləri və Məşğulluq Alt sisteminin (ƏMAS) təqdimatı Təqdimatçı: Dövlət Məşğulluq Agentliyi
  • 17:45 - 18:30 Sual-cavab 

  • 18:30 - 19:00 MİRF2022-nin bağlanışı

Təşkilatçılar

Baş sponsorlar

Sponsorlar

Dəstəkçilər

Tərəfdaşlar

Media tərəfdaşları

Qalereya

Nələr qazanacaqsınız?

Təcrübəli və peşəkar spikerlərin bir-birindən faydalı çıxışlarını izləmə imkanı

Suallar soruşaraq və fikirlərinizi səsləndirərək müzakirələrə qoşulma imkanı

Yeni tanışlıqlar quraraq HR icmasında şəbəkənizi genişləndirmə imkanı